Məxfilik Bəyanatı

Məlumatların Toplanması

Avant Group olaraq, məxfiliyinizi qorumasına diqqət edirik və hörmətlə yanaşırıq. Saytımızdan istifadə etmək üçün ziyarətçi kimi şəxsi məlumatlarınızı təqdim etməyiniz tələb olunmur. Lakin müəyyən hallarda biz aşağıda göstərilən şəxsi məlumatları toplaya və ya əldə edə bilərik:

  • Bizimlə əlaqə qurmaq üçün istifadə etdiyiniz e-poçt ünvanı və ya telefon nömrəsi
  • Şirkətimizdə mövcud olan vakansiyalar üçün göndərdiyiniz CV-lər


  • Bundan əlavə, yaşadığınız ölkə, bloglarda, forumlarda, viki səhifələrində və bizim təqdim etdiyimiz digər sosial media platformalarında etdiyiniz paylaşımlar, IP ünvanınız, brauzerinizin tipi və dili, giriş vaxtları, şikayət detalları, bizimlə necə qarşılıqlı əlaqə qurmaq istədiyinizin təfərrüatları və digər oxşar məlumatlar da toplana bilər. Bu məlumatlar saytımızdan istifadə edərkən təcrübənizi yaxşılaşdırmaq və onun effektiv işləməsini təmin etmək üçün toplanır. Toplanmış məlumatlar heç bir üçüncü tərəflə paylaşılmayacaqdır.

    Kukilər

    Avant Group onlayn təcrübənizi mükəmməlləşdirmək, fərdiləşdirilmiş məzmunu göstərmək, uyğun reklamlar yerləşdirmək və sizin seçimlərinizi saxlamaq üçün kukilərdən istifadə edir.

    Əgər kompüterinizdə kukilərin yerləşdirilməsini istəmirsinizsə, Avant Group saytlarından istifadə etməzdən əvvəl brauzerinizi kukiləri qəbul etməmək seçimini edə bilərsiniz. Lakin nəzərə alın ki, kukilərin köməyi olmadan Avant Group saytlarının bəzi funksiyaları düzgün işləməyə bilər. Kukilərin parametrlərini dəyişmədən veb saytımızda naviqasiyanı davam etdirməklə Avant Group-un kukilərdən istifadəsini qəbul edirsiniz.

    Üçüncü tərəf texnologiyalar

    Veb saytımız reklam məqsədləri üçün Google da daxil olmaqla müxtəlif remarketing texnologiyalarından istifadə edir. Bu, Google axtarış nəticələri səhifəsində və ya Google Display Network şəbəkəsindəki bir saytda reklamın göstərilməsi formasında ola bilər. Kukilər Google da daxil olmaqla üçüncü tərəf təminatçılarda keçmiş ziyarətlərinizə əsasən reklamlar təqdim etmək üçün istifadə edilir. Bu xidmətlər vasitəsilə toplanan hər hansı məlumat bizim məxfilik siyasətimizə və Google-un məxfilik siyasətinə uyğun olaraq istifadə ediləcəkdir.