Ana Səhifə . Haqqımızda

Haqqımızda

Avant Group inşaat, daşınmaz əmlak layihələrinin inşası və istehsal sahələri üzrə regionda aparıcı şirkətlərdən biridir.

Missiya və Məramımız

Avant Group-un inşaat sahəsində göstərdiyi fəaliyyət çoxşaxəli infrastruktura malik irimiqyaslı layihələri əhatə edir. Şirkət lüks və premium otellər, yaşayış kompleksləri, eləcə də ticarət obyektlərinin tikintisi və təmiri daxil olmaqla, 30-dan çox dövlət və ictimai əhəmiyyətli layihələrin icrasını həyata keçirmişdir.

Daşınmaz əmlak layihələrinin inşatı biznesi istiqamətində Avant Development lüks, premium və komfort seqmentində yaşayış komplekslərini inşa edir. Bu istiqamətdə 4800-dən çox mənzil təhvil verilmişdir. Geniş yaşıllıq sahələri və yüksək komfort standartlarına malik komplekslərimizdə artıq 14 000-dən çox məmnun sakin yaşayır.

Avant Group istehsal sahəsində yüksək keyfiyyətli fasad materiallarının, həmçinin mebel və dekorasiya məhsullarının hazırlanmasını həyata keçirir.

Avant Group öz reputasiyasını 3 əsas sütun üzərində qurub:

Əməkdaşlıq etdiyimiz dövlət və özəl sektordan olan sifarişçilərin etibarlı tərəfdaşı olmaq

İnşa etdiyimiz layihələrlə insanların həyatını rahatlaşdırmaq

Beynəlxalq təcrübəni tətbiq edən şirkət olaraq regionda tikinti sahəsini inkişaf etdirmək

Əli Hüseynov

«İnşaata biznes sahəsi kimi yox, yeni həyat və düşüncə tərzi kimi baxırıq».

Əli Hüseynov

Direktorlar Şurasının Sədri

Dəyərlərimiz

Dayanıqlılıq

Bütün inşa etdiklərimiz həmçinin gələcək nəsillər üçündür.

Etibarlılıq

Biz etibarlılığı ön planda tuturuq və müştərilərimizin bizə hər zaman yüksək keyfiyyətli nəticələr üçün güvənə bilməsini təmin edirik.

İnsan kapitalına dəyər verilməsi

Bizim üçün insan kapitalı yaradıcılığın və bütün dəyərlərin əsasında durur.

Sağlam və rahat həyat tərzi

Bütün yaşayış komplekslərimizin tikintisində əsas hədəf sağlam və rahat həyat tərzidir.

Ekoloji cəhətdən zərərsiz materiallardan istifadə

Keyfiyyətli olmaları ilə yanaşı ətraf mühiti qorumaq və davamlılığı təbliğ etmək məqsədilə ekoloji cəhətdən zərərsiz materiallardan istifadə edirik.

Yaşıl enerji

Planetimizi qorumaq üçün yaşıl enerjidən istifadəni təşviq edirik.

Dəyərlərimiz

› Avant Group-un tarixi

2010

Avant İnşaat fəaliyyətə başladı.

2013

Mebel istehsalı sahəsinə daxil olduq.

2015

Fasad dekorasiyası materiallarının istehsalı biznesinə başladıq.

2017

Yaşayış layihələrinin inşasına keçid etdik.

Biznes İstiqamətləri

› Fərqliliklərimiz

Biz düşünürük ki, uğurlu layihələrdə hər detal düşünülür və heç bir iş şansa buraxılmır.

Mühəndis və mütəxəssislərimiz hər birinin öz sahəsində dərin bilik və bacarıqlara malik peşəkarlardır. Komandamız müasir texnologiyaları tətbiq etməklə təhlükəsiz, keyfiyyətli və estetik tikinti prosesini təmin edir. Bilik mübadiləsi və davamlı inkişaf iş mədəniyyətimizin ayrılmaz hissəsidir.

Müştərilərimizlə etibarlı tərəfdaşlıq münasibətləri qurmaq bizim əsas dəyərlərimizdən biridir. Hər layihədə müştərilərin ehtiyaclarını başa düşmək və gözləntiləri artıqlaması ilə qarşılamaq üçün çalışırıq. Şəffaf əməkdaşlıq, ətraflı məlumatlandırma və vaxtında çatdırılma prinsipimizdir.

İnnovasiya bizim fəaliyyətimizin ayrılmaz hissəsidir. Hər layihəmizə yaradıcılıq və yenilikçi düşüncə ilə yanaşırıq. Müasir texnologiyaların tətbiqi, dayanıqlı materialların istifadəsi və enerji səmərəli həllərin araşdırılması bizim yanaşmamızın əsasını təşkil edir.

Komandamız

Bütün uğurlarımızın təməlində peşəkar heyətimiz dayanır. Təcrübəli və yüksək bacarıqlı heyətimizlə çətin və irimiqyaslı layihələri icra edirik.

Siz də

Bizimlə əməkdaşlıq etmək istəyirsiniz?

Əlaqə