Haqqımızda

Avant Group inşaat, daşınmaz əmlak layihələrinin inşası və istehsal sahələri üzrə regionda aparıcı şirkətlərdən biridir.

Missiya və Məramımız

Avant Group-un inşaat sahəsində göstərdiyi fəaliyyət çoxşaxəli infrastruktura malik irimiqyaslı layihələri əhatə edir. Şirkət lüks və premium otellər, yaşayış kompleksləri, eləcə də ticarət obyektlərinin tikintisi və təmiri daxil olmaqla, 30-dan çox dövlət və ictimai əhəmiyyətli layihələrin icrasını həyata keçirmişdir. İnşaat layihələrinin məqsədi infrastrukturu inkişaf etdirmək, regionun iqtisadi cəlbediciliyinə təsir göstərmək və müasir memarlıq ənənəsinə töhfə verməkdir.

Daşınmaz əmlak layihələrinin inşatı biznesi istiqamətində Avant Development lüks, premium və komfort seqmentində yaşayış komplekslərini inşa edir. Bu istiqamətdə istehlakçılarla 4800-dən çox mənzil təhvil verilmişdir. Geniş yaşıllıq sahələri və yüksək komfort standartlarına malik komplekslərimizdə artıq 14 000-dən çox məmnun sakin yaşayır. Fəaliyyətimizin əsas məqsədlərindən biri sakinlərin sağlam və rahat həyat tərzini təmin edən müasir memarlıq ənənələrini əks etdirən geniş infrastrukturlu yaşayış komplekslərini inşa etməkdir.

Avant Group istehsal sahəsində yüksək keyfiyyətli fasad materiallarının, həmçinin mebel və dekorasiya məhsullarının hazırlanmasını həyata keçirir. Bu sahənin fəaliyyət məqsədi icra olunan layihələri bütün mərhələlərdə etibarlı tikinti materialları və müasir interyer-dizayn avadanlıqları ilə təchiz etməkdir.

Avant Grup öz reputasiyasını 3 əsas sütunlar üzərində qurub:

Əməkdaşlıq etdiyimiz dövlət və özəl sektordan olan sifarişçilərin etibarlı tərəfdaşı olmaq

İnşa etdiyimiz layihələrlə insanların həyatını rahatlaşdırmaq

Beynəlxalq təcrübəni tətbiq edən şirkət olaraq regionda tikinti sahəsini inkişaf etdirmək

«İnşaata biznes sahəsi kimi yox, yeni həyat və düşüncə tərzi kimi baxırıq».

Əli Hüseynov

Direktorlar Şurasının Sədri

Dəyərlərimiz

Dəyərlərimiz

  • Dayanıqlılıq

    Bütün inşa etdiklərimiz həmçinin gələcək nəsillər üçündür.

  • Etibarlılıq

    Biz etibarlılığı ön planda tuturuq və müştərilərimizin bizə hər zaman yüksək keyfiyyətli nəticələr üçün güvənə bilməsini təmin edirik.

  • İnsan kapitalına dəyər verilməsi

    Bizim üçün insan kapitalı yaradıcılığın və bütün dəyərlərin əsasında durur.

  • Sağlam və rahat həyat tərzi

    Bütün yaşayış komplekslərimizin tikintisində əsas hədəf sağlam və rahat həyat tərzidir

  • Ekoloji cəhətdən zərərsiz materiallardan istifadə

    Keyfiyyətli olmaları ilə yanaşı ətraf mühiti qorumaq və davamlılığı təbliğ etmək məqsədilə ekoloji cəhətdən zərərsiz materiallardan istifadə edirik.

  • Yaşıl enerji

    Planetimizi qorumaq üçün yaşıl enerjidən istifadəni təşviq edirik.

Avant Group-un tarixi

2010
Avant İnşaat fəaliyyətə başladı.
2013
Mebel istehsalı sahəsinə daxil olduq.
2015
Fasad dekorasiyası materiallarının istehsalı biznesinə başladıq.
2017
Yaşayış komplekslərinin tikintisi layihələri start götürdü
2022
Gürcüstanda ilk tikinti layihələrimizi icra etməyə başladıq.
2024
Özbəkistan ofisi təsis edildi

Biznes İstiqamətləri

Fərqliliklərimiz

Biz düşünürük ki, uğurlu layihələrdə hər detal düşünülür və heç bir iş şansa buraxılmır. Yüksək bacarıqlı peşəkarlardan ibarət komandamızla prossesləri detallı analiz edərək bütün riskləri öncədən müəyyənləşdiririk və uğurlu nəticəni qarantiləyirik. Buna görə də Avant Grup olaraq əsas aktivlərimiz olan insan kapitalına hər zaman investisiya edirik.

Keyfiyyətli inşaat layihələri yalnız uğurlu əməkdaşlıqlar nəticəsində həyata keçirilir. Layihələrin bütün mərhələlərində sifarişçi və digər bütün tərəfdaşlarla sıx əməkdaşlığın uğurlu nəticənin əsası olduğuna inanırıq. Məhz buna görə də Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi, PMD Group, Sabah Residence, XXI Əsr MMC, Azərbaycan Respublikası Əmək məsləhətləri üzrə Dövlət Komitəsi, Azinko Development, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi kimi özəl və dövlət qurumlarının inşaat istiqamətində uzunmüddətli inanılır tərəfdaşıyıq.

Tikinti sektorunda beynəlxalq təcrübə və prossesləri regiona gətirərək hər zaman innovativliklə seçilməkdən qürur duyuruq. Bütün prosseslərimiz Beynəlxalq Standartlara uyğundur, Bu istiqamətdə müxtəlif yerli və beynəlxalq sertifikatlara sahibik.

Komandamız

Bütün uğurlarımızın təməlində peşəkar heyətimiz dayanır. Təcrübəli və yüksək bacarıqlı heyətimizlə çətin və irimiqyaslı layihələri asanlıqla icra etmək mümkündür.

Siz də

Bizimlə əməkdaşlıq etmək istəyirsiniz?