Avant Group-un növbəti layihəsi

Planlanan layihə Bakı şəhərinin mərkəzində, Bakı Bulvarı boyunca ucalan biznes mərkəzlərinin əhatəsində yerləşir. Bu çoxfunksiyalı lüks kompleksdə yüksək standartlara uyğun yaşayışın təmin edilməsi üçün tenis kortu, spa, fitness mərkəzi və yaşıllıq ərazilər daxil olmaqla eksklüziv məkanların inşası nəzərdə tutulmuşdur. Restoranlar və biznes sahələri kompleks ərazisində dinamik mühitin yaradılmasına xidmət edəcək.