Avant Group Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaat mühəndisliyi sahəsində tələbələrin bilik və bacarıqlarını artırmaq məqsədilə yeni Layihələndirmə Laboratoriyasını istifadəyə verib. Bu təşəbbüs, tələbələrin peşəkar hazırlığının gücləndirilməsi və istehsalat tələblərinə uyğun kadrların yetişdirilməsi məqsədini daşıyır. 15 yanvar, 2025-ci il tarixində keçirilən açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Avant Group-un Müşahidə Şurasının sədri Əli Hüseynova bu əməkdaşlıq çərçivəsində göstərdiyimiz dəstəyə görə təşəkkürünü bildirib. Mərasimdən sonra əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə dəyirmi masa təşkil olunub. Görüşün sonunda AzMİU ilə Avant Group MMC arasında təhsil və sənaye arasında inteqrasiyanı daha da gücləndirmək məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb.