Ana Səhifə · Məxfilik
Məxfilik
Məlumatların Toplanması Avant Group olaraq, məxfiliyinizi qorumasına diqqət edirik və hörmətlə yanaşırıq. Saytımızdan istifadə etmək üçün ziyarətçi kimi şəxsi məlumatlarınızı təqdim etməyiniz tələb olunmur. Lakin müəyyən hallarda biz aşağıda göstərilən şəxsi məlumatları toplaya bilərik:
- Bizimlə əlaqə qurmaq üçün istifadə etdiyiniz e-poçt ünvanı və ya telefon nömrəsi
- Şirkətimizdə mövcud olan vakansiyalar üçün göndərdiyiniz CV-lər
Bundan əlavə, IP ünvanınız, brauzerinizin tipi və dili, giriş vaxtları kimi məlumatlar da toplana bilər. Bu məlumatlar saytımızdan istifadə edərkən təcrübənizi yaxşılaşdırmaq üçün toplanır.
Kukilər Avant Group onlayn təcrübənizi mükəmməlləşdirmək, fərdiləşdirilmiş məzmunu göstərmək və seçimlərinizi saxlamaq üçün kukilərdən istifadə edir.
