Vəzifə funksiyaları:
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
- Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
- Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi.
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili , Rus və İngilis dili
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş Şəraiti:
- İş yeri-Çıraq Plaza
- İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: 1000 -1300 AZN net
Müraciət üçün: hr@avantgroup.az