Gələcək Karyeranı Bizimlə Qur

Avant Group olaraq hər zaman fərq yaratmaq istəyən istedadlı şəxslərin axtarışındayıq. Dinamik iş mühitimiz yaradıcılığı, innovasiyanı və inkişafı dəstəkləyir, karyeranızı irəli aparmaq üçün müxtəlif imkanlar təqdim edir. Sürətlə böyüyən komandamızda rol olaraq yerli və regional layihələrdə iştirak edə, müxtəlif irimiqyaslı inşaat layihələrinin bir hissəsi ola bilərsiniz. Əgər siz də çalışqan, əməkdaşlığa açıq və maraqlı layihələrə töhfə verməkdə həvəslisinizsə, sizinlə tanış olmaqdan məmnun olarıq. Müraciət üçün: hr@avantgroup.az

Current vacancies

Vəzifə funksiyaları:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək 
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
  • Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
  • Kompüter bilikləri: Microsoft Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili , Rus və İngilis dili 
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş Şəraiti:

  • İş yeri-Çıraq Plaza
  • İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1000 -1300 AZN net

Müraciət üçün: hr@avantgroup.az